Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Şəkidə vətəndaşları qəbul etmişdir

27 iyun 2014 | 15:00

İyunun 25-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov  Şəki rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında Şəki şəhərindən, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
    Müraciətlər əsasən mənzil və minik avtomobilləri, sosial xidmət və müxtəlif növ reabilitasiya vasitələri, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, onların peşə hazırlığına cəlb edilməsi və s. məsələlərlə əlaqədar olmuşdur. Ümumilikdə müraciətlər arasında ünvanlı dövlət sosial yardımı və əlilliyin təyinatı ilə bağlı müraciətlər azlıq təşkil etmişdir.
    Nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll olunması barədə tapşırıq verilmişdir.
   Vətəndaşların müraciətlərində səslənən, lakin nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər  aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınmışdır.

Keçidlər