Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Şəki şəhərində vətəndaşları qəbul etmişdir

28 iyun 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq iyunun 27-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Şəki şəhərindəki Olimpiya Mərkəzində vətəndaşları qəbul etmişdir.
Qəbulda Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarından olan 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilmiş, müraciətlərinə baxılmışdır.
Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi kimi məsələlərlə bağlı olmuşdur.
Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə qısa müddətdə həlli üçün dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Keçidlər