Şriftin ölçüsü :

Saytın rəngi :

TÜRKSOY-un baş katibi Şəkidə

02 iyul 2014 | 15:00

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov iyulun 1-də Şəkiyə gəlmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla keçirilən görüşdə qonağa iyulun 1-də Şəkidə başlanan “İpək Yolu” V Beynəlxalq musiqi festivalının proqramı barədə məlumat verilmişdir.
Qonağın diqqətinə çatdırılmışdır ki, ötən il 2701 illiyini qeyd edən Şəki şəhəri Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini özündə birləşdirən çox nadir bir yerdir. Şəhərdə 80-dən artıq qədim tarixi-memarlıq abidəsi mövcuddur. Bildirilmişdir ki, artıq beşinci ildir bu qədim şəhərdə çox möhtəşəm musiqi bayramı – “İpək Yolu” Beynəlxalq musiqi festivalı keçirilir. Sevindirici haldır ki, builki festivalda TÜRKSOY-un hazırladığı “Delife” – 11 türkdilli ölkənin milli kostyumlarını, həmçinin musiqi nömrələrini əks etdirən konsert təqdim ediləcəkdir. Bundan əlavə, festivalda türk dünyası rəssamlarının rəsm əsərlərinin sərgisinin açılması da nəzərdə tutulmuşdur.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə ilk dəfə olduğunu, belə bir möhtəşəm musiqi bayramında iştirak etməyindən böyük məmnunluq duyduğunu bildirmiş, festivalın işinə uğurlar arzulamışdır.
Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər