Şriftin ölçüsü :

Saytın rəngi :

“Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması”

12 oktyabr 2012 | 15:00

10 oktyabr 2012-ci il tarixdə Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfransda iştirak edən Türkiyədən olan 6 nəfər nümayəndə (Adəm Dinç, Şaban Talaş və digərləri) 12 oktyabr 2012-ci il tarixdə Şəkiyə səfər etmişlər. Qonaqlar səfər çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmüş, Şəkinin memarlıq, tarixi və mədəniyyət abidələrini ziyarət etmişlər. Qonaqlara Şəkinin iqtisadiyyatı, həyata keçirilən layihələr, görülən və görüləcək işlər barəsində ətraflı məlumat verilmişdir. Nahar fasiləsindən sonra qonaqlar Şəki Mərkəzi Cümə məscidində namaz qılmış, daha sonra Şəki Özəl Türk Liseyində olmuş, liseyin fəaliyyəti ilə maraqlanmışlar. Qonaqlar Şəkidən xoş təəssüratlarla ayrılmışlar

Keçidlər