Şriftin ölçüsü :

Saytın rəngi :

Düsen Kaseinov: Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır

04 iyul 2014 | 15:00

Şəkidə olmağımdan çox şadam. Bu şəhər barədə çox eşitmişdim. Ancaq ilk dəfədir ki, bu gözəl məkandayam. TÜRKSOY olaraq biz hər il keçirilən bu festivalda artıq üçüncü dəfədir iştirak edirik. Qeyd etmək istəyirəm ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə müsahibəsində demişdir.
Baş katib bildirmişdir ki, festivalda iştirak edən türkdilli ölkələri təmsil edən, TÜRKSOY-un üzvü olan rəssamlar Şəkinin qədim və zəngin tarixindən, bənzəri olmayan memarlıq abidələrindən, əsrarəngiz təbiətindən, qonaqpərvərliyindən ağız dolusu danışırlar. Rəssamların dediklərinə görə, bütün bu gözəlliklər yaradıcı insanlara üçün əlavə ilham verir, onların yaşamaq və yaratmaq həvəsini daha da artırır.

Keçidlər