Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalında “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuşdur

07 iyul 2014 | 15:00

Şəkidə davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 5-də yay teatrında “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuşdur.
Konsertin əvvəlində aparıcılar - “Eurovision” mahnı müsabiqələrində Azərbaycan nümayəndə heyətinin rəhbəri və əlaqələndiricisi olmuş Hüsniyyə Məhərrəmova və Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində Nigar Camalla birgə bu mötəbər yarışın qalibi olmuş Eldar Qasımov çıxış edərək Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında iştiraklarından qürur duyduqlarını bildirmişlər.
Tamaşaçılar müxtəlif illərdə “Eurovision” mahnı müsabiqələrində çıxış etmiş Erkin Osmanlı, Xana Həsənova, Dilarə Kazımova, Fərid Məmmədov və digər ifaçıların çıxışlarını böyük maraqla izləmişlər.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared” mahnısı isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
Konsertin sonunda “Eurovision” mahnı müsabiqəsinin qaliblərinə və iştirakçılarına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər