Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dini tolerantlıq mühiti və qeyri-ənənəvi dini cərəyanlarla mübarizə sahəsində görülən işlər müzakirə olunmuşdur

11 iyul 2014 | 15:00

İyulun 10-da Şəki şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan tolerant model ölkədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
   Rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin, yerli icra və bələdiyyə strukturları rəhbərlərinin, ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə bölgədə, o cümlədən Şəkidə mövcud dini durum barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə, dinlər və məzhəblərarası dostluq və qardaşlığın hökm sürdüyü nadir məkanlardan biridir. Burada müsəlmanlar, xristianlar və digər dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşayırlar. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın ən tolerant ölkələri arasında ön sıralarda qərar tutur.
   Qeyd olunmuşdur ki, respublikanın hər yerində olduğu kimi, Şəkidə də dövlət-din münasibətləri mövcud qanunvericilik əsasında tənzimlənir. Rayon ərazisində mövcud olan məscidlərdən 30-u hazırda fəaliyyət göstərir. 21 dini icma dövlət qeydiyyatından keçmişdir. Şəhər icra hakimiyyəti aidiyyəti dövlət strukturları ilə birgə rayon ərazisində dini durumun sağlamlaşdırılması, dini etiqad və vicdan azadlığının təmin edilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirir.
   Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətləri, dini tolerantlıq mühiti və onun qorunması, qeyri-ənənəvi dini cərəyanlarla mübarizə yolları barədə ətraflı məlumat vermişdir.
   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəkinin qədim tarixi, milli kökə malik olduğunu xüsusi qeyd etmiş, xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində də mühüm rol oynadığını bildirmiş, söylədiyi dəyərli fikirlərə görə DQİDK sədrinin birinci müavini Səyyad Salahlıya təşəkkür etmişdir.
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər