Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı və dövləti yaşadıqca ümummilli lider Heydər Əliyev də yaşayacaqdır

14 iyul 2014 | 15:00

Bu gün, iyulun 14-ü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümüdür.
    1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə xalqımızın tarixində yeni dövr, yeni mərhələ başlanmışdır.  Azərbaycanın müasir tarixinin bütöv bir dövrü, müstəqil dövlətimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
   Ulu öndərin hakimiyyətə gəlişindən sonra həyatımızın bütün sahələrində intibah dövrü başlamışdır. Bu, əlbəttə, ümummilli liderin şəxsiyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi.
   Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri Şəki Şəhər İcra Hakimiyyətinin binasının qarşısındakı ulu öndərin abidəsini ziyarət edərək önünə güllər düzmüş, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirmişlər.

Keçidlər