Şəkidə oruc tutanlar üçün iftar süfrəsi açılmışdır
22 iyul 2014 | 15:00
Müqəddəs Ramazan ayı münasibətilə Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində iftar süfrəsi açılmışdır.
Oruc tutanların, dindarların, kimsəsizlərin, habelə rayon ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasimdə Ramazan ayında görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söhbət açılmış, Qurani-Kərimdən ayələr oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar səsləndirilmişdir.
Qeyd olunmuşdur ki, bu müqəddəs ayda ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq, eləcə də oruc tutanlar üçün iftar süfrəsi açmaq olduqca savab işdir.
Mərasimdə iştirak edənlər iftar süfrəsinin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.