Şriftin ölçüsü :

Saytın rəngi :

Fransalı güləşçilər Şəkidə olmuşlar

03 noyabr 2012 | 16:00

Fransanın Leql şəhəri merinin müavini İzabel Klyuşun rəhbərlik etdiyi güləşçilərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.Noyabrın 2-də fransalı qonaqlar Şəkiyə gəlmişlər.Qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, özünəməxsus milli adət-ənənələri barədə məlumat verilmişdir. Şəkidə kənd təsərrüfatının, xüsusilə ipəkçiliyin inkişaf etdirildiyi və şəhərdə bu sahə üzrə iri sənaye müəssisəsinin fəaliyyət göstərdiyi idmançıların diqqətinə çatdırılmışdır.Sonra qonaqlar şəhərin görməli yerlərini gəzmiş, Şəki xanlarının sarayı və “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olmuşlar.
 

Keçidlər