Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İyulun 31-də şəhərin “Calğalıbulaq ” məhəlləsinin sakinləri ilə görüşmüşdür

31 iyul 2014 | 15:00

Görüş yığıncağında məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, əlaqədar müəssisə, idarə və təşkilatların rəhbələri də iştirak etmişlər.
  Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmiş, son illər  şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işlərinin sakinlərin hədsiz sevincinə səbəb olduğunu, onlarda doğma yurda bağlılıq hislərini artırdığını bildirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
    Məhəllə sakinləri Rəhman Rəsulov, Azər Babayev, İradə Əhmədova, Cəlil Muradov, Nərgiz Məcidova, Mahirə Namazəliyeva və digərləri çıxış edərək Heydər Əliyev prospektinin su xətdindəki nasazlığın aradan qaldırılması, Şəhriyar küçəsindəki 2 saylı dalanın və apteklər bazasının arxa hissənin işıqlandırılması və əsaslı təmiri, həmin küçədə hərəkət edən avtomaşınların sürətinin azaldılması üçün lazımi tədbirlər görülməsi, M.Füzuli adına mədəniyyət və istirahət parkında səliqə-sahman yaradılması və sairlə bağlı təkliflərini irəli sürmüşlər. Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər