Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim tarixə malik şəhərləri olan ölkədə yaşadığıma görə xoşbəxtəm.

04 avqust 2014 | 15:00

Qədim tarixi şəhərləri olan gözəl bir ölkədə yaşadığıma görə özümü xoşbəxt sanıram.
Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Quba rayonunun Hügədi kənd tam orta məktəbinin IX sinif şagirdi Nərmin Əfəndiyeva Şəki şəhərində “Yuxarı Karvansaray” tarixi-memarlıq abidəsi ilə tanışlıq zamanı  müsahibəsində söyləyib.
Quba məktəblisi daha sonra deyib: “Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də ürəkdən sevindirir. Ekskursiya etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Hər yerdə tikinti-quruculuq işləri gedir. Şəhərlərimiz, kəndlərimiz gündən-günə abadlaşır. Bu gözəllikləri gördükcə doğma Vətənimizə daha da ürəkdən bağlanırıq”.
Şəki şəhərinə səyahət etməyin uşaqlıq arzularından biri olduğunu vurğulayan Quba məktəblisi bu şəhərdəki tarixi abidələrin onda böyük maraq oyatdığını deyib.

Keçidlər