Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin məşhur tarixi abidələri ilə tanış olduğuma görə çox sevinirəm

13 avqust 2014 | 15:00

Biz “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qobustan rayonunun məktəblilərini təmsil edirik. Səyahət zamanı qədim Lahıc qəsəbəsi, həmçinin Qəbələnin görməli yerləri ilə tanış olduq, muzeylərə baş çəkdik. Hazırda Şəkidəyik. Şəki xanlarının sarayını görmək çoxdankı arzum idi. Ölkəmizin ən məşhur memarlıq abidələrindən biri ilə tanış olduğuma görə çox sevinirəm.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Qobustan məktəblisi Abbas Abbaszadə Şəki xanlarının sarayı ilə tanışlıq zamanı verdiyi müsahibəsində deyib.
Bu səyahətin onlar üçün çox maraqlı və əyləncəli keçdiyini vurğulayan Qobustan məktəblisi marşrut boyu rayonlarda gedən sosial-iqtisadi inkişafın canlı şahidi olduqlarını və bundan çox sevindiklərini bildirib. Aksiyanın iştirakçısı onlara ölkənin müxtəlif regionlarına səyahət etmək imkanı yaratdıqlarına görə təşkilatçılara minnətdarlığını bildirib.

Keçidlər