Şriftin ölçüsü :

Saytın rəngi :

Layihədə iştirak etdiyimə görə çox xoşbəxtəm

13 avqust 2014 | 15:00

Ölkəmizin tarixinin, mədəniyyətinin, mədəni irsinin daha dərindən öyrənilməsi məqsədilə reallaşdırılan bu layihədə iştirak etdiyimə görə çox xoşbəxtəm. Azərbaycanın qədim yaşayış məskənləri, tarixi məkanları ilə tanışlıq məndə çox böyük təəssürat oyatdı. Doğma Vətənimizin hər bir guşəsi necə də gözəldir! Bu gözəllikləri indiyədək televiziya ekranlarından izləyirdim. İndi isə bütün bunları öz gözlərimlə gördüm. Bizə bu şəraiti yaradanlara minnətdarlığımı bildirir və belə layihələrin davamlı olmasını arzulayıram.
Bu fikirləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Hacıqabul şəhərindəki 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ləman Əliyeva verdiyi müsahibəsində söyləyib.
Hacıqabul məktəblisi belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsinə, ölkəmiz haqqında biliklərinin artmasına çox müsbət təsir göstərdiyini bildirib.

Keçidlər