Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirilmişdir

10 noyabr 2012 | 16:00

9 noyabr - Dövlət Bayrağı Günü Şəkidə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunmuşdur. Əlamətdar gün münasibətilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.
Tədbirdə çıxış edənlər gənc nəslin Vətənə, dövlət atributlarımıza hörmət ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkmişlər.
Məktəblilərin ifasında bayrağımızı tərənnüm edən şeirlər səslənmişdir.
Əlamətdar gün münasibətilə gənclər və idman idarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzindəki parkda “Dalğalan, ey şanlı Bayrağım” adlı tədbir keçirilmişdir. Tədbirin sonunda idarənin nəzdində fəaliyyət göstərən “Vətən oğlu” klubunun üzvləri şəhər sakinlərinə üçrəngli Azərbaycan bayrağı haqqında bukletlər paylamışlar.
 

Keçidlər