Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi bizə Azərbaycanın dilbər guşələri ilə yaxından tanış olmağa imkan verir

18 avqust 2014 | 15:00

Ölkəmizdə gənclərlə bağlı bir sıra layihələr həyata keçirilib. Hesab edirəm ki, bunlardan ən əhəmiyyətlisi, ən maraqlısı məhz “Ölkəmizi tanıyaq” tur-aksiyasıdır. Bu layihəyə Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri qoşulublar. Onların bəziləri bəlkə də indiyədək yaşadıqları rayonlardan kənara çıxa bilməyiblər. Bu aksiya bizə imkan verdi ki, Azərbaycanın müxtəlif bölgələrinə səyahət edək, oradakı məşhur tarixi abidələrlə, qədim yaşayış məskənləri ilə yaxından tanış olaq. Bizə bu imkanı yaradan Prezidentimiz İlham Əliyevə İmişli məktəbliləri adından dərin minnətdarlığımızı bildiririk.
Bu fikirləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, İmişli şəhərindəki 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərgiz Vəliyeva AzərTAc-a müsahibəsində bildirib.
Şəkiyə ekskursiyaları ilə bağlı təəssüratlarını bölüşən aksiya iştirakçısı daha sonra deyib: “Şəki şəhərinin gözəlliyi haqqında kitablardan çox oxumuşdum. Atalar demişkən, min dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Şəki xanlarının sarayı çox möhtəşəm abidədir. Sarayın otaqlarını gəzərkən xanlıqlar dövrü, tarixin səhifələri gözlərimiz önündə canlanırdı. Əslində bu sarayı, onun qarşısındakı əzəmətli Xan çinarlarını görmək bizim üçün çox böyük şərəfdir”.

Keçidlər