Şriftin ölçüsü :

Saytın rəngi :

Gözəllikdən doymur ürək

21 avqust 2014 | 15:00

Biz bu tur-aksiyaya Ağcabədi rayonundan qoşulmuşuq. Aksiyada iştirak etdiyimizə görə özümüzü xoşbəxt sanırıq. Ekskursiyamız olduqca maraqlı və yaddaqalan keçir. Əksəriyyətimiz bu bölgədə ilk dəfədir oluruq. Ölkəmizin bu dilbər guşəsi ilə tanışlıq hamımızda çox böyük təəssürat yaradıb. Şair demişkən, gözəllikdən doymur ürək. Bu gözəllikləri gördükcə, doğma Vətənimizə olan sevgimiz daha da artır. Artıq özümüzə yeni dostlar da tapmışıq. Bizə bu imkanı yaratdığına görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Ağcabədi şəhərindəki 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Əliyev Şəkidə olarkən müsahibəsində dedi.
Ağcabədi məktəblisi Şəkinin tarixi abidələrinə, görməli yerlərinə ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini bildirdi.

Keçidlər