Bu layihə sayəsində Vətənimizin dilbər guşələrini gəzib-dolanmaq imkanı əldə etmişik
Prezidentimiz İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi sayəsində Vətənimizin dilbər guşələrini gəzib-dolanmaq imkanı əldə etmişik. Biz Ağcabədi məktəbliləri də bu fürsətdən yararlanaraq İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi abidələri ilə yaxından tanış olduq. Arzumuz budur ki, işğal altındakı ərazilərimiz tezliklə düşməndən təmizlənsin. Belə tur-aksiyalar o yerlərdə təşkil olunsun. Qarabağımızın dilbər guşələrinə ekskursiyaya gedək.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Ağcabədi məktəblisi Gültac Məmmədova Şəkidə verdiyi müsahibəsində dedi. Tur-aksiyanın iştirakçısı gənclərin hərtərəfli yetişməsində, dünyagörüşlərinin zənginləşməsində belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirdi, onlara yaradılan bu şəraitə görə gənclər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.