Tərtər məktəblisi: Bu səyahətdən aldığım xoş təəssürat ömür boyu yadımdan çıxmayacaq
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Tərtər rayonunun məktəblilərindən ibarət qrupun tərkibində respublikamızın şimal-qərb bölgəsinə ekskursiya edən 9-cu sinif şagirdi Məqsəd Alxaszadə səfərlə bağlı təəssüratlarını bölüşərək deyib:
- Ekskursiya zamanı İsmayıllı, Qəbələ və Şəki rayonlarının qədim yaşayış məskənlərinə baş çəkdik, tarixi-mədəniyyət abidələri ilə tanış olduq. Marşrut boyu respublikamızın rayonlarının necə sürətlə inkişaf etdiyini öz gözlərimizlə gördük. Lahıc qəsəbəsini, Nic qəsəbəsindəki alban kilsəsini, Şəki xanlarının sarayını, Kiş kəndindəki qədim alban məbədini görmək çoxdankı arzum idi. Bu səyahət mənim həyatımda çox böyük hadisədir və səfərdən aldığım xoş təəssürat ömür boyu yadımdan çıxmayacaq. Bizim üçün belə maraqlı ekskursiya təşkil etdiyinə görə Prezidentimiz İlham Əliyevə gənclər adından minnətdarlığımı bildirirəm”.