Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi üçün hazırlıq işləri görülür
14 noyabr 2012 | 16:00
Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 4 sentyabr 2012-ci il tarixli Sərəncamına uyğun olaraq Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisinə başlanılması üçün hazırlıq işləri görülür.
Yolun layihələndirilməsi artıq başa çatdırılmış və sənədlər aidiyyəti təşkilatlara təqdim olunmuşdur.
Səkkiz min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 34 kilometr olan bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılmışdır. Tikintinin ümumi smeta dəyəri isə 8,7 milyon manatdır.