Məktəbli qızın ən böyük arzusu
24 avqust 2014 | 15:00
“Ölkəmizi tanıyaq” layihəsi bizə şərait yaratdı ki, görmək arzusunda olduğumuz tarixi yerləri gəzək, Vətənimizi daha yaxından tanıyaq. Bu bölgədəki bir-çox abidələr, muzeylərdəki qədim eksponatlar barədə yalnız tarix kitablarından oxumuş, onları televiziya ekranlarından izləmişdik. İndi isə bütün bunları canlı seyr etdik, ölkəmizin necə gözəl bir diyar olduğunu gördük və sevindik”.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sürmə Cəbrayılova Şəkidə olarkən müsahibəsində deyib.
Kürdəmir məktəblisi bildirib ki, ən böyük arzusu işğal altında olan torpaqlarımız geri qaytarıldıqdan sonra doğma Qarabağımıza təşkil olunacaq turlarda iştirak etməkdir.