Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrası ilə əlaqədar tədbir keçirilmişdir

28 avqust 2014 | 15:00

Azərbaycan və Almaniya hökumətləri arasındakı maliyyə əməkdaşlığı əsasında hazırlanan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin Şəki şəhərinin ərazisində həyata keçirilməsi ilə əlaqədar 26 avqust 2014-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
    Mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrinin, sahəvi kadastrla məşğul olan təşkilatların təmsilçilərinin, kənd və qəsəbə icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri Şəki şəhər İH başçısının müavini Xəlil Xəlilov açmışdır.
   Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin baş mühəndisi Vidadi Quliyev layihənin icrasında digər idarə, təşkilat və qurumlarla zəruri iş birliyi, layihənin dəstəklənməsi, onun nəticələrindən əmlak idarəçiliyində istifadə olunması və digər məsələlər barədə məlumat vermişdir.
   Sonra layihə rəhbəri Klaus Buşhoff çıxış edərək layihənin məqsəd və vəzifələrini, hədəflərini açıqlamışdır. O qeyd etmişdir ki, əsas məqsəd  Şəki rayonunun kəndlərinə kadastr sistemini inkişaf etdirmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsini yüksəltmək, çevikliyini daha da artırmaqdır.
  Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər