Böyük Britaniyanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Avqustun 29-da Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Sıddıq Şəki şəhərinə gəlmişdir.
Həmin gün səfir Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, burada keçirilən bayram tədbirləri, festivallar barədə ətraflı məlumat verilmişdir.
Səfir İrfan Sıddıq Şəkiyə ilk dəfə səfər etdiyini, Şəki şəhərinin çox gözəl olduğunu, burada olmağından məmnun qaldığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivlərinə toxunulmuşdur. Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Səfir İrfan Sıddıq həmin gün həmçinin AMİ-nin Şəki filialında müəllim və tələbələrlə görüşmüş, “Kanal S” Regional Televiziya Şirkətinin fəaliyyəti ilə tanış olmuşdur.