Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi yerləri ilə tanışlıq hər kəsin ürəyincə olacaq

29 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Ucar və Yevlax məktəbliləri ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaları çərçivəsində İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları ilə tanışlıqdan sonra avqustun 29-da axşam saatlarında Şəki şəhərinə gəldilər.
Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılandılar.
Qonaqlara 2700 ildən çox yaşı olan bu qədim diyarın tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verildi. Aksiya iştirakçılarına Şəki ilə bağlı məlumat kitabçaları hədiyyə olundu.
Şəki Olimpiya İdman Kompleksinin otelində yerləşən məktəblilərin asudə vaxtlarının mənalı keçməsi üçün müxtəlif əyləncəli proqramların, intellektual oyunların keçirilməsi nəzərdə tutulub.
Tur-aksiya iştirakçıları avqustun 30-da Şəkinin tarixi yerlərini ziyarət edəcəklər.

Keçidlər