Kiçik Dəhnə kəndində səyyar qəbul-görüş
Sentyabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiçik Dəhnə kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kiçik Dəhnə kənd sakinləri Kamil Mürsəlov, Oruc Salamov, Qabil İbrahimxəlilov, Səmayə Mahmudova və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, “Dərişli” məhəlləsində içməli su probleminin həllinə, uşaq bağçasının əsaslı təmirinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.