Azərbaycan milli peşəkar teatrının 142-ci teatr mövsümü Şəkidə açılacaq
05 sentyabr 2014 | 15:00
Sentyabrın 10-da Şəkidə Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçiriləcək. Sentyabrın 11-dən isə Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı öz işinə başlayacaq.
Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı ilə reallaşacaq festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da iştirak edəcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, yaradıcı heyət festivalda İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.
Festivalda bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub.