Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə treninqlər keçirilir

09 sentyabr 2014 | 15:00

08 sentyabr 2014-cü il tarixdə Şəki şəhərində yerləşən "Cənnət bağı" otelinin konfrans zalında  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərindən olan bir qrup Qarabağ müharibəsi əlili və veteranı üçün treninq keçirilmişdir.
Tədbir ictimai birliyin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai və siyasi sahədə innovativ təşəbbüslərin dəstəklənməsi üzrə Qarabağ Müharibəsi iştirakçılarına psixoloji yardımın təşkili” mövzusunda layihə çərçivəsində təşkil olunmuşdur.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin iştirak etdiyi tədbirin əsas məqsədi müharibə iştirakçılarının psixoloji durumlarını rayonlar üzrə müəyyənləşdirmək, onların normal həyat şəraitinə reabilitasiya olunmaları yollarını müəyyən etmək, psixoloji vəziyyətin yaxşılaşdırılması üçün xidmətin təşkil edilməsi və ehtiyacı olan insanlara yardım göstərilməsidir.
Növbəti iki gündə İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan müharibə iştirakçılarının bir qrupu üçün də treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər