Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təsərrüfatlarında taxıl səpini davam edir

14 noyabr 2012 | 16:00

Rayonumuzda 2013-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil qaydada davam edir.
Bu il rayonda 72-73 min hektar sahədə payız səpini proqnozlaşdırılır. Havaların əlverişli keçməsi səpinin gedişinə müsbət təsirini göstərir. İndiyədək təsərrüfatlarda 55 min 551 hektar sahədə şum qaldırılmış, 35 min 807 hektar sahəyə taxıl səpilmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 min 169 hektar çoxdur.
Rayonda bitkiçilik məhsullarının yığımı isə artıq başa çatmışdır. Fermerlər builki mövsümdə 23 min 421 ton tərəvəz, 11 min 594 ton kartof, 6 min 860 ton bostan məhsulları, 7 min tondan çox meyvə, 2 min 860 ton üzüm, 6 min 507 ton dən qarğıdalı istehsal etmişlər. Bitkiçilikdə əsas növlər üzrə məhsul istehsalı ötən ilə nisbətən artmışdır.
 

Keçidlər