İnçə kəndində səyyar qəbul-görüş
Sentyabrın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndlərin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kənd sakinləri Fəxrəddin Bayramov, Məmməd Abduləlimov, Sabir Cümşüdov, Mətanət Əliyeva və başqaları çıxış edərək Zunud kəndinə gedən 1.5 km yolun asfaltlaşdırılması, İnçə,Zunud və Aşağı Şabalıd kəndlərinə təbii qazın verilməsi, Aşağı Şabalıd kəndində subartezian quyusunun qazılmasına köməklik göstərilməsi, İnçə kənd uşaq bağçasının əsaslı təmir olunması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.