Gənc Tamaşaçılar Teatrı Şəki festivalına “Müharibə” gətirib
13 sentyabr 2014 | 15:00
Uğurla davam edən birinci Şəki Beynəlxalq teatr festivalının üçüncü günündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tamaşaçılara İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsərini təqdim edib.
Ailə münasibətlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.
Tamaşada rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Nigar Bahadırqızı, Roza İbadova, Rasim Cəfərov oynayıblar.
Maraqla izlənilən tamaşa alqışlarla qarşılanıb.
Tamaşadan sonra kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.