Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin sonunadək Şəkidə iki yeni məktəb binası və bir tədris korpusu istifadəyə veriləcəkdir

21 noyabr 2012 | 16:00

Rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2012-ci ilin sonunadək rayonun Baş Küngüt və Əliyar kəndlərində 220 və 80 şagird yerlik yeni məktəb binalarının, habelə şəhərdəki 5 nömrəli tam orta məktəbi üçün 320 şagird-yerlik yeni tədris korpusunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Dövlət vəsaiti hesabına inşa edilən bu məktəb binalarında hazırda son tamamlama işləri görülür.
Şəhərdəki 8 nömrəli tam orta məktəbdə, habelə fizika-riyaziyyat və humanitar təmayüllü liseyin binasında dövlət vəsaiti ilə aparılan əsaslı təmir işlərinin də bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Şəhər 10 nömrəli tam orta məktəbin yeməkxana, idman və akt zallarından ibarət üç mərtəbəli yeni korpusunun tikintisi də davam etdirilir.
Bundan əlavə, bölgədə baş vermiş zəlzələ nəticəsində Şəki şəhərində qəzalı vəziyyətə düşmüş 12, 14 və 17 saylı tam orta məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni binalar tikilir.
 

Keçidlər