Şriftin ölçüsü :

Saytın rəngi :

Festivalda Qazaxıstandan gəlmiş teatr kollektivinin çıxışı böyük maraqla qarşılanıb

15 sentyabr 2014 | 15:00

Birinci Şəki Beynəlxalq teatr festivalının dördüncü günü, sentyabrın 14-də tamaşaçılar axşam xarici ölkədən gəlmiş daha bir kollektivin – Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının təqdim etdiyi səhnə əsərinə tamaşa etdilər.
Şəki Dövlət Dram Teatrında oynanılan tamaşanın quruluşçu rejissoru Murat Axmanov, quruluşçu rəssamı İndra İxsandır.
Əsərin qəhrəmanları - Estay obrazını Qazaxıstan Respublikasının Əməkdar Artisti Sağat Jilqildiyev, Korlan obrazını isə bu ölkənin Əməkdar Artisti Jibek Lebeyeva canlandırıblar. Tamaşada, həmçinin Qazaxıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Şolpan Sirqebayeva, aktyorlar Edil Ramazanov və Ruslan Axmetov oynayıblar. Tamaşa qazax dilində səsləndirilib.
Əsər Estayla Korlanın bir-birilərinə olan təmiz, ülvi məhəbbətlərindən bəhs edir.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.

Keçidlər