Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq festivalda Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası oynanılıb

17 sentyabr 2014 | 15:00

Birinci Şəki Beynəlxalq teatr festivalının növbəti günü, sentyabrın 16-da axşam teatrsevərlər Şəki Dövlət Dram Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası əsasında səhnələşdirilmiş eyni adlı tamaşanı izləyiblər.
Mingəçevir Dövlət Dram Teatrının təqdim etdiyi tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Tamaşada əsas rolları Asim Məmmədov, Hüseyn Mustafayev, Fəridə Məmmədova, Firuz Hacıyev və başqaları ifa ediblər.
Uğurla başa çatan tamaşanın sonunda kollektivə festivalın diplomları təqdim olunub.

Keçidlər