Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin sonunadək Şəkidə əlil və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə veriləcəkdir

21 noyabr 2012 | 16:00

Şəki şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına inşa edilən 36 mənzilli yeni yaşayış binasının 2012-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tikintisinə cari ilin martında başlanılan dörd mərtəbəli yaşayış binasında son tamamlama işləri görülür. Binadakı mənzillərin hamısı ikiotaqlıdır.
Ümumiyyətlə, bu qəbildən olan insanların mənzil şəraitini yaxşılaşdırılması məqsədi ilə, indiyədək Şəki şəhərində mənzillərin ümumi sayı 78 olan 3 yaşayış binası, habelə kəndlərdə 10 nəfər Qarabağ müharibəsi və bir Çernobıl əlili üçün fərdi ev tikilib istifadəyə verilmişdir.
 

Keçidlər