Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

18 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev sentyabrın 18-də Şəki Sərhəd Dəstəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində sosial-məişət problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciətlərinin, şikayət və təkliflərinin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə DSX-nın aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.
Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər