Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Şurası Parlament Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Şəkidə olub

24 sentyabr 2014 | 15:00

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasörün başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Şəkidə olub.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəki şəhərində tikintisi yekunlaşmaq üzrə olan yeni, müasir məhkəmə kompleksinin binasına baxıblar. Sonra AŞPA-nın təmsilçiləri Şəki Penitensiar müəssisəsinə baş çəkib, məhbusların saxlanma şəraiti ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, penitensiar infrastruktur müasirləşdirilir.
Şəkiyə səfərləri çərçivəsində AŞPA-nın sədri və nümayəndə heyətinin üzvləri daha sonra Azərbaycan memarlığının nadir incilərindən olan XVIII əsrə aid tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı ilə yaxından tanış olublar. Sarayla tanışlıq qonaqlarda xoş təəssürat oyadıb. Onlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr ediblər.  Qonaqlar sarayın həyətində çay süfrəsi ətrafında Şəki şirniyyatının dadına baxıblar. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov xanım Ann Brasöra Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edib.
          Səfər çərçivəsində qonaqlar, həmçinin XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar.

Keçidlər