Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir
Sentyabrın 27-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin - Şəkinin İnçə kənd sakinləri Kərimov Xəyal Fərhad oğlu və Məcidzadə Ümmü Vidadi qızının nikah aktlarının imzalanması mərasimi olmusdur.
İcra hakimiyyəti başçısının İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nəriman Umudov ailə həyatı quran cütlüyə rayon rəhbərliyinin təbriklərini çatdırmış, onlara xoşbəxtlik arzulamışdır.
Yeni ailə quran gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi hər daim xatırlayacaqlarını bildirmişlər.