Qudula kəndində səyyar qəbul-görüş
Oktyabrın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndlərin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Qudula kənd sakinləri Camal Musayev, Abid Ədilovov, Şahid Məmmədov, Qaradağlı kənd sakini Qüdrət Qaffarov və başqaları çıxış edərək Qudula, Qaradağlı və Babaratma kəndlərinə təbii qazın verilməsi, Qudula kəndində içməli su probleminin həllinə və kənddə müasir standartlara uyğün məktəb binasının inşasına köməklik göstərilməsi köməklik göstərilməsi, Qaradağlı kəndində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.