Şəkidə aztəminatlı ailələrə qurban payı verilmişdir
Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Şəkidə böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir.
Bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzi olan Qurban bayramı münasibətilə hər il olduğu kimi, bu il də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun təşəbbüsü ilə qurbanlıq heyvanlar kəsilmiş və aztəminatlı ailələrə, imkansız insanlara bayram sovqatı paylanmışdır.
Bayram günlərində Şəkinin bütün yaşayış məntəqələrində qurbanlıq heyvanlar kəsilərək şəhid ailələrinə, əlil və kimsəsizlərə qurban payı veriləcəkdir.
Aztəminatlı ailələr onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirmiş, xalqımıza sevinc dolu günlər arzulamışlar.