Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

23 noyabr 2012 | 16:00

Məlum olduğu kimi, 22 noyabr ədliyyə işçilərinin peşə bayramıdır. Həmin münasibətlə Şəki ədliyyə orqanlarının əməkdaşları, rayonda fəaliyyət göstərən məhkəmələrin hakimləri, işçiləri və şəhər rəhbərliyinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önündə əklillər və gül-çiçək dəstələri qoymuşdur.
Sonra ədliyyə işçiləri bayram tədbirini Şəki şəhər qarışıq tipli internat məktəbində davam etdirmiş, bayram sevinclərini burada təhsil və tərbiyə alan uşaqlarla bölüşmüşlər. Uşaqlar üçün bayram süfrəsi təşkil edilmiş, hədiyyələr verilmişdir. Uşaqlar musiqi sədaları altında şənlənmişlər.
 

Keçidlər