Şriftin ölçüsü :

Saytın rəngi :

Maykl Frendo: “Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələri də çox gözəldir”

06 oktyabr 2014 | 15:00

Azərbaycana Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün gəlmişik. Bu mötəbər toplantı həqiqətən də mühüm əhəmiyyətə malikdir.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Malta Parlamentinin keçmiş sədri Maykl Frendo Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanın bölgələrinə səfərlərindən məmnun qaldığını vurğulayan maltalı qonaq paytaxtla yanaşı, bölgələrin də çox sürətlə inkişaf etdiyini bildirib. Qonaq deyib: “Şəki dağlarla əhatə olunmuş çox gözəl bir şəhərdir. Burada çoxlu tarixi abidələr var. Bunlardan bir də Şəki xanlarının sarayıdır. Bu saraydan xalqınızın tarixi, mədəniyyəti haqqında çox şey öyrənmək olar”.
Azərbaycanda ikinci dəfə olduğunu bildirən maltalı qonaq bura hər gəlişində çox şey öyrəndiyini vurğulayıb.

Keçidlər