Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Küngüt kəndində səyyar qəbul-görüş

23 oktyabr 2014 | 15:00

Oktyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Küngüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşmüşdür.
   Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
   Görüşün əvvəlində rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndlərin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
    Aşağı Küngüt kənd sakinləri Adil Bəkirli, Oktay Yunusov, Firudin Kərimov,  Çapağan kənd sakinləri Natiq Kərimov, Bəylər Babayev və başqaları çıxış edərək Aşağı Küngüt  kəndində yeni  qazılmış subartezian quyusunun isifadəyə verilməsi və ərazidə iritutumlu su çəninin quraşdırılması, kənd tam orta məktəbinin əsaslı təmiri, “Dursunlar” məhəlləsində yeni artezian quyusunun qazılması, Çapağan kəndinə təbii qazın verilməsi,  Çapağan kəndində yeni  qazılmış subartezian quyusunun isifadəyə verilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər