Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yerli poçt şöbələrinin maddi bazası möhkəmləndirilir

29 noyabr 2012 | 16:00

“Azərpoçt” MMC Şəki poçt filialının tabeliyində olan yerli poçt şöbələrinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazərda şəhərin Dodu məhəlləsində yerləşən 5-ci poçt şöbəsi üçün yeni binanın tikintisinə başlanmışdır. Biləcik kəndində tikilən yeni poçt binasının da cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son iki ildə filialın tabeliyində olan 4 poçt şöbəsi üçün yeni bina tikilib istifadəyə verilmişdir. Eyni zamanda, 21 poçt şöbəsi müasir avadanlıqla təchiz olunmuş və mərkəzi şəbəkəyə qoşulmuşdur.

Keçidlər