Şəkidə Aşura günü ilə əlaqədar könüllülər qan verib
05 noyabr 2014 | 16:00
Aşura günü ilə əlaqədar noyabrın 4-də Şəki şəhərindəki “İmam Əli” məscidində könüllü qanvermə aksiyası keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən bu xeyirxah aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır.
Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən və gün ərzində davam edən aksiyada 50 nəfərə yaxın könüllü qan verib. Toplanan qan laborator müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.