Şəkidə qanvermə aksiyası keçirilmişdir
26 noyabr 2012 | 16:00
Aşura günü ilə əlaqədar olaraq noyabrın 25-də Şəki şəhərindəki “İmam Əli” məscidində qanvermə aksiyası keçirilmişdir.
Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiyanın məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımıza yardım etməkdən ibarət olmuşdur.
B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkimlərinin nəzarəti ilə keçirilən aksiyada 50-dən artıq könüllü qan vermişdir. Toplanan qan laborator müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcəkdir.