Şriftin ölçüsü :

Saytın rəngi :

Çeşməli kəndində səyyar qəbul-görüş

07 noyabr 2014 | 16:00

Noyabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çeşməli kəndinin sakinləri ilə görüşmüşdür.
     Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
    Görüşün əvvəlində rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
    Çeşməli kənd sakinləri Mustafa Qaffarov, Oruc Həsənov, Mustafa Mustafayev, Cahan Həbibullayeva və başqaları çıxış edərək kənddə yeni məktəb binasının tikintisi,  qəzalı vəziyyətdə olan elektrik dirəklərinin  dəyişdirilməsi, kəndin əsas yolunun asfaltlaşdırılması, həkim məntəqəsinin açılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər