Tur-aksiya gənclərin dünyagörüşünün zənginləşməsinə böyük töhfədir
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyaya Bakının Sabunçu rayonundan qoşulmuşuq. Əminliklə deyə bilərəm ki, bu tur-aksiya gənclərin dünyagörüşünün zənginləşməsinə böyük töhfə olacaqdır.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Sabunçu rayonu 252 nömrəli tam orta məktəb-liseyin direktor müavini Fazilə Muradova Şəkidə AzərTAc-a müsahibəsində deyib.
Aksiya iştirakçısı bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu layihə məktəblilərə yaşadıqları ölkəni daha yaxından tanımağa, regionların inkişafını yaxından izləməyə imkan yaradır.
F. Muradova daha sonra deyib: “Belə layihələr məktəblilərdə böyük ruh yüksəkliyi yaradır, onların vətənpərvərlik eşqini daha da yüksəldir, daha yaxşı oxumağa sövq edir”.