Şriftin ölçüsü :

Saytın rəngi :

"Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr" mövzusunda seminar-müşavirə keçirilmişdir

14 noyabr 2014 | 16:00

13 noyabr 2014-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları  və qurumlar qarşısında duran vəzifələr" mövzusunda  seminar-müşavirə keçirmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişdirlər.
Seminar-müşavirədə payız-qış mövsümünün başlanması ilə əlaqədar FHN-in keçirdiyi qabaqlayacı tədbirlərdən danışmış, maarifləndirici tədbirlərə geniş yer veririlməsinin zəruriliyini qeyd etmişdir.
Tədbirdə "Yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumların   vəzifələri" mövzusunda məruzə dinlənilmiş, "Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı", "Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri"  mövzusunda çıxışlar olmuşdur.  Məruzədə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda,  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə   yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yerli icra hakimiyyəti orqanları qarşısında  duran vəzifələr açıqlanmış, bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı birlikləri, Mənzil Kommunal İstismar sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı idarələrinin üzərinə düşən vəzifələrdən söhbət açılmışdır.
Sonda əhali arasında yanğına qarşı  təbliğat işində istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmışdır.

Keçidlər