Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiya məktəblilərin ölkəmiz haqqında biliklərinin artmasına müsbət təsir göstərəcək

15 noyabr 2014 | 16:00

Biz bu gün Azərbaycanın tarixi yerlərindən olan qədim Şəkiyə səfər etmişik. Şəki xanlarının sarayı ilə tanış olduq. Bu saray haqqında çox eşitmişəm. Bilirəm ki, saray dünya memarlığının nadir incilərindən biri hesab olunur. Bu gün mən bunun bir daha canlı şahidi oldum. Azərbaycanın ən məşhur memarlıq abidələrindən birini öz gözlərimlə gördüyümə görə çox sevinirəm. İnanıram ki, bu ekskursiyalar şagirdlərin ölkəmiz barədə biliklərinin artmasına müsbət təsir göstərəcək.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki 315 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətanət Məmmədova jurbalistlərə müsahibəsində deyib.

Marşrut boyu şəhər və qəsəbələrdə, kəndlərdə aparılan tikinti-quruculuq işlərinin onlarda çox böyük təəssürat oyatdığını vurğulayan Suraxanı məktəblisi Şəkinin də çox gözəl, abad şəhər olduğunu bildirib. Məktəbli onlara ölkənin müxtəlif regionlarına səyahət etmək imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər