Şəki şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir
28 noyabr 2012-ci il tarixdə Şəki şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Şuranın gündəliyinə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş bəzi vəzifələrin icra vəziyyətinin təhlilinə dair məsələ daxil edilmişdir. İclası giriş sözü ilə Şəki şəhər İcra hakimiyyətinin başçısı cənab Elxan Usubov açmış, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən olunmuş bəzi vəzifələrin icrası vəziyyəti barədə məruzə etmiş, məsələ ilə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə öz tapşırıq və tövsiyələrini vermişdir.
Məsələ ətrafında müzakirələrdə Şəki şəhər Statistika idarəsinin rəisi Lütvəli Əliyev, Şəki şəhər İcra hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Azər Məhərrəmli çıxış etmişlər. Tədbrdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək Şura iclasında müzakirə olunan məsələyə öz münasibətini bildirmişdir.